Gəncədə FHN-in əməkdaşları uşağı xilas ediblər. Bu haqda 13 yanvar tarixində Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Şəhərdəki mənzillərin birində uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub.
Qurumun əməkdaşları xilasetmə tədbirləri keçiriblər. Nəticədə uşaq xilas olunub.