Gəncədə tələbələr arasında dava düşüb. Bu haqda 30 mart tarixində Report-a istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında türk vətəndaşları olan tələbələr arasında münaqişə yaranıb. Mübahisə zamanı Bayer Kaan Ərmağan oğlu 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başının arxa hissəsinə mətbəx bıçağı ilə vurub.
Nəticədə A.H.Harun başın arxa nahiyəsinin çapılmış yarası xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.