Bu gün Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişən gəncəli tələbənin vəfatından iki il ötür.
Gencexeber.az məlumat verir ki, 2023-cü ilin 6 fevral tarixində Türkiyənin Malatya şəhərində 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Nəticədə İnönü Universitetində İdman menecerliyi ixtisasının sonuncu kursunda təhsil alan 2001-ci il təvəllüdlü həmyerlimiz Şahin Nail oğlu Vəliyev dağıntılar altında qalaraq dünyasını dəyişib.
Onun cansız bədəni 10 gün sonra Vətənə gətirilərək doğma torpağa tapşırılıb.
Qeyd edək ki, Şahin ilə birgə onun 3 mənzil yoldaşı - Gündüz Nəzərzadə, Hümam İsmayıllı və Gədəbəy rayonundan olan Samir Quliyev də dağıntılar altında qalaraq həlak olub.