top
Türkçülüyü və İslamı əks etdirən Gəncə xanlığının bayrağı
02 fevral 2025, 20:00
- ↺ +

Türkçülüyü və İslamı əks etdirən Gəncə xanlığının bayrağı

 

Gəncə xanlığının bayraqlarından biri Bakıda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılır.

Gencexeber.az məlumat verir ki, bu bayraq 1804-cü ildə Gəncə xanlığı ruslar tərəfindən işğal edildikdən sonra rəsmi simvol kimi ləğv edilib.

Gəncə xanlığının bayrağının uzunluğu 127, eni isə 174 sm-dir. Bayraq moruğu və yaşıl rəngli xara (naxışları olan parlaq ipək parça) parçalarından hazırlanıb. Bayrağın üzərində qızılı rəngli gül dəstələri, qırmızı rəngli bir dairə və qızılı rəngli iki dairə var. Qızılı güllərlə əhatələnən qırmızı dairənin içində ərəbcə zərlə “Allah” sözü yazılıb.

Ortadan iki hissəyə bölünən çərçivədə ərəbcə “Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır” sözləri həkk edilib. Mərkəzi qırmızı hissə ara xətlərlə on qata bölünüb. Bu qatlarda qızılı saplarla ərəbcə: “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir“ sözləri yazılıb.

Türkçülüyü və İslamı əks etdirən Gəncə xanlığının bayrağı

Gəncə xanlığının bayrağında əks olunan simvollar türkçülüklə və islamçılıqla əlaqəlidir. Günəş əbədi həyatı, ay əbədi azadlığı, səkkizguşəli ulduz türkçülüyü, palıd yarpağı möhtəşəmliyi, uzunömürlülük və müdrikliyi, yaşıl rəng isə islamı təmsil edir. Eyni simvollar Gəncənin gerbində də əks olunub.

1912-ci il “Hərbi ensiklopediya”nın müəllifləri göstərirlər ki, Gəncə xanlığının işğalından sonra hərbi qənimət kimi 8 bayraq və bir ələmli ştandart ələ keçirilib. Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Gəncə xanlığının 4 bayrağı, Gəncə Tarix-Diyarşünaslıq Muzeyində isə 1 bayrağı saxlanılır.

2019-cu ilin iyununda xanlığın bu bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilən nüsxəsi Gəncəyə gətirilib. Bu bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayraq əsasında hazırlanıb.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Oxşar xəbərlər