Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un İranın "Traktor" klubu ilə keçirəcəyi yoxlama matçının tarixi müəyyənləşib.
Gencexeber.az bildirir ki, bu barədə klub məlumat yayıb.
İran çempionatının son qalibi ilə görüş iyulun 29-da baş tutacaq.
Qarşılaşmanın başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.