Gəncədə fəaliyyət göstərən obyektlərdən birində monitorinq keçirilib. Bu haqda 30 dekabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat veririk.
Agentliyin əməkdaşları Şah İsmayıl Xətai prospekti, ev 105b ünvanında yerləşən "Tuncayın Mətbəxi" iaşə müəssisəsində hazır ət dönərindən nümunə götürüblər. Laborator nəticədə Escherichia coli (E. coli) bakteriyası aşkar olunub.
Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, E. Coli bakteriyasına çiy və ya az bişmiş qida məhsullarının istehlakı zamanı yoluxurlar. Əsas əlamətlərinə diareya, iştahsızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir.