Tovuz rayonunda 55 yaşlı kişinin cansız bədəni aşkarlanıb.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayonun Eyyublu kəndində qeydə alınıb.
1970-ci il təvəllüdlü Elxan Məmmədovun meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.