top
Terrorçu qruplaşma zərərsizləşdirildi - RƏSMİ + VİDEO
03 fevral 2025, 10:44
- +

Terrorçu qruplaşma zərərsizləşdirildi - RƏSMİ + VİDEO

 

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb.

Gencexeber.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanıb, Əlipaşa Kamilov isə zərərsizləşdirilib. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar.

Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb. Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilib və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdirilmişlər.

Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilib. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət alıb.

Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:07

Gəncədə ağır qəza: 73 yaşlı sürücü həyatını itirdi

Bütün xəbərlər
Dünən, 18:00

Çaykənd Qızılbalıqartırma Zavodu yenidən qurulacaq

Bütün xəbərlər
Dünən, 17:00

Gəncənin 39 saylı məktəbində azyaşlılar ailəlikcə təhqir edilir – İDDİA

Bütün xəbərlər
Dünən, 16:34

Gəncənin yanğınsöndürənləri Xankəndidə işə başlayır

Bütün xəbərlər
Dünən, 16:09

Minskdə Gəncə Avtomobil Zavodu ilə MAZ arasında saziş imzalandı

Bütün xəbərlər
Dünən, 15:35

Tələbəni bıçaqlayan şəxsə şərti cəza verildi

Bütün xəbərlər
Dünən, 14:59

DYP hava ilə əlaqədar müraciət edib

Bütün xəbərlər
Dünən, 14:27

Bazar günü 53 minə yaxın şagird imtahan verəcək

Bütün xəbərlər
Dünən, 13:51

Dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:17

ATU-nun təşkilatçılığı ilə forum keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:44

Gəncəli tiktoker "Eliş"in cinayət əməli məlum oldu

Bütün xəbərlər
Dünən, 12:12

Vətən müharibəsi Qəhrəmanının atası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:32

Gəncədə iş axtaranların NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 10:39

Gəncədə mövsümü güllər əkilir

Bütün xəbərlər
Dünən, 09:53

Gəncədə məktəbə aparan yolun vəziyyəti ACINACAQLIDIR

Bütün xəbərlər
Dünən, 09:17

Minik avtomobili ilə traktor toqquşub, xəsarət alanlar var

Bütün xəbərlər
07 aprel 2026, 18:00

Küləklə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
07 aprel 2026, 17:12

"Kəpəz"in həkimi hər kəsi təəccübləndirdiyi görüntüdən danışıb

Bütün xəbərlər
07 aprel 2026, 16:40

AYNA daha 9 istiqamət üzrə keçirilən müsabiqələrin qaliblərini açıqlayıb

Bütün xəbərlər
07 aprel 2026, 16:03

Əhaliyə 52 milyon manata yaxın ƏDV geri qaytarıldı

Bütün xəbərlər
07 aprel 2026, 15:33

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Tarix
07 aprel 2026, 14:59

Azərbaycanın ilk milli siyasi firqəsi Gəncədə yaradılmışdı: "Qeyrət" partiyası

Bütün xəbərlər
07 aprel 2026, 14:22

Köhnə Səbiskar qəbiristanlığında asfalt çəkilir

Bütün xəbərlər
07 aprel 2026, 13:46

Ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
07 aprel 2026, 13:09

Gəncədə güclü zəlzələ olacaq? - AÇIQLAMA

Bütün xəbərlər
07 aprel 2026, 12:41

GDU-nun əməkdaşı dəm qazından boğulub

Bütün xəbərlər
07 aprel 2026, 12:17

Samux sakini Gəncədə bıçaqlandı

Bütün xəbərlər
07 aprel 2026, 12:11

Gəncədə fərdi yaşayış evinin çardağında meyit tapıldı

Oxşar xəbərlər