Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin şəxsiyyəti müəyyən edilib.
Gencexeber.az bu barədə Qazaxıstan KİV-lərinə istinadən məlumat verir. Bildirir ki, onlardan üçü Qazaxıstan, üçü Rusiya və dördü Azərbaycan vətəndaşıdır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.