top
Tanışlarını döyən və bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı
28 oktyabr 2025, 16:05
- ↺ +

Tanışlarını döyən və bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vüsal Cəbiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

İttihama görə, hadisə 2023-cü ilin martın 14-də Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanında yerləşən 3 saylı yataqxananın qarşısında qeydə alınıb.

Belə ki, Vüsal Cəbiyev zərərçəkmiş İntiqam Kərimzadəni ətrafda toplaşan çoxsaylı insanların gözü qarşısında nalayiq ifadələrlə təhqir edib. Vüsal İntiqamı qonşuluqda yaşayan Aytən adlı qadına əxlaqsız təkliflər etməsini bəhanə edib. Bu zaman Vüsal yumruq zərbəsi ilə İntiqamı vurub. İntiqam Vüsalın əlindən qaçarkən təqsirləndirilən şəxs onu təqib edib. O, İntiqamın yerə yıxılmasından istifadə edərək ona təpik zərbələri endirib. Bu zaman zərərçəkmiş şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bundan başqa, Vüsal Cəbiyev ötən ilin martın 9-da yaşadığı Gəncə şəhəri, Yeni Gəncə massivi, 2-ci mikrorayonda yerləşən bina evinin dördüncü mərtəbəsindən özünü atmağa cəhd edib. Bu zaman ona mane olan polis əməkdaşlarına şərait yaradan Mahirə qarşı qəzəblənib. O, Mahirin köməkliyini özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib. Bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan intihara cəhd zamanı polis əməkdaşlarına köməklik edən Mahirə döş qəfəsinə bıçaqla xəsarət yetirib. Hadisədən sonra Vüsal Cəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilib, Gəncə Şəhər Məhkəməsinin hökmü ləğv olunub. Təqsirləndirilən şəxs əməlləri təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilib. Vüsal Cəbiyev zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

Qeyd edək ki, adlar şərti verilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Bu gün, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Bu gün, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Oxşar xəbərlər