Türkiyəli ifaçı Elgiz Əkbərin verilişində köklərinin haradan olduğunu açıqlayıb. Bu haqda 5 aprel tarixində ARB telekanalına istinadən məlumat veririk.
Söhbət tanınmış müğənni Tuğba Ekincidən gedir. "Elgizlə izlə" proqramına bağlanan musiqiçi əslən azərbaycanlı olduğunu deyib. Onun sözlərinə görə, ifaçının ata-babaları gəncəlidirlər.
Həmçinin Tuğba Ekinci aparıcı Elgiz Əkbərin "Azərbaycanlı iş adamı ilə sevgilisiniz?" sualına "Kaş ki, olsun" deyə cavab verib.