Gəncədə aksiya baş tutub. Bu haqda 19 aprel tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən təşkil olunub. Təşəbbüs Mərkəzi Qan Bankının Gəncə Bölməsində həyata keçirilib. Burada Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, aksiyanın məqsədi şəhərimizdə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olub.