Gəncə futbol komandası növbəti görüşündə uğur qazanıb. Bu haqda 2 mart tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz” PFK “Sumqayıt” klubu ilə mübarizə aparıb. Oyun təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
1:3 hesabı ilə bitən matç Sumqayıt Şəhər Stadionunda baş tutub. Görüş Azərbaycan Premyer Liqasının XXV turunda keçirilib.