Gəncə basketbol komandamızın daha bir oyunu keçiriləcək. Bu haqda 16 yanvar tarixində basketbol klubuna istinadən xəbər veririk.
Azərbaycan Basketbol Liqasının XI turu çərçivəsində “Gəncə” ilə “Xəzri” görüşü baş tutacaq. Təmsilçimiz 19 yanvar saat 14:00-da doğma meydanında mübarizə aparacaq.
Matçı Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.