“Gəncə” PFK-nın üzvü uğur qazanıb. Bu haqda 17 fevral tarixində futbol klubuna istinadən xəbər veririk.
Komandamızın futbolçusu Junior Martinsin qolu Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu seçilib. Braziliyalı oyunçumuz çempionatın 19-cu turu çərçivəsində "Turan Tovuz" ilə oyunda baxımlı qola imza atıb.
Peşəkar Futbol Liqasının Facebook sosial şəbəkəsində keçirdiyi müsabiqədə azarkeşlər daha çox səsi Martinsə verərək onu qalib ediblər. PFL və "Misli" tərəfindən verilən mükafat futbolçuya "Sabah" ilə oyundan öncə təqdim olunub.