“Gəncə” voleybol klubu növbəti qələbəsini qazanıb. Bu haqda 3 aprel tarixində voleybol klubuna istinadən xəbər veririk.
Təmsilçimiz ölkə çempionatının XIX turunda “Abşeron” VK-nı qəbul edib. Görüşdə “Gəncə” VK rəqibinə qalib gəlib.
Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan qarşılaşma 3:0 hesabı ilə yekunlaşıb. Oyunu birinci hissədə meydan sahibləri 25:18 hesabı ilə öz xeyirlərinə başa vurublar. İkinci setdə də təmsilçimiz 25:20 hesabla güclü olub. Üçüncü set 25:16 hesabı ilə başa çatıb.