“Gəncə” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Bu haqda 23 yanvar tarixində voleybol klubuna istinadən xəbər veririk.
Təmsilçimiz ABŞ voleybolçusu ilə müqavilə imzalayıb. Söhbət Vanessa Elena Qarsiadan gedir. Voleybolçu ilə müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Vanessa Elena Qarsia 2017-2022-ci illərdə ABŞ-nin “Biola University Eagle”, ötən il isə Almaniyanın “Prowin” klubunda çıxış edib.