Gəncə təmsilçisinin matçında təyinatlar açıqlanıb. Bu haqda 1 mart tarixində PFL-ə istinadən məlumat veririk.
“Sumqayıt” – “Kəpəz” oyununa nəzarət edəcək hakimlərin siyahısı hazırlanıb. Qarşılaşmanın təyinatları aşağıdakı kimidir:
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov;
Hakim-inspektor: Asim Xudiyev;
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Xatırladaq ki, matç bu gün, 1 mart tarixində saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda təşkil olunacaq.