top
“Son zəng”də yenə kriminal loqolar, jarqonlu mahnılar: deputatdan ÇAĞIRIŞ
17 iyun 2025, 09:43
- ↺ +

“Son zəng”də yenə kriminal loqolar, jarqonlu mahnılar: deputatdan ÇAĞIRIŞ

 

İyunun 14-də məktəblərdə keçirilən “Son zəng” tədbirləri bu il də müzakirəsiz ötüşməyib. Hər il xəbərdarlıq edilməsinə baxmayaraq, bu dəfə də on birinci sinif şagirdləri arasında məktəbli köynəyinə kriminal aləmə məxsus jarqonlar, loqolar yazanlar, cinayət aləminə həsr edilən mahnıları xorla oxuyaraq rəqs edənlər az olmayıb. Məktəblərdən yayılan görüntülər sosial şəbəkələrdə ciddi tənqid və etirazla qarşılanıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov pravda.аz-a açıqlamasında deyib ki, cəmiyyətdə dəyərlərin ciddi transformasiyası ilə üz-üzəyik.

“Bu gün cəmiyyətdə çox ciddi proseslər gedir. Təəssüflə qeyd etməliyik ki, gənclərin bir hissəsi kriminal əməllərə, kriminal aləmə meyil edir. Əfsus ki, bir sıra hallarda “Son zəng” tədbirlərinin milli-mənəvi dəyərlərimizə uyğun keçirilmədiyini müşahidə edirik. Dəfələrlə rəsmi qurumların xəbərdarlıq etməsinə baxmayaraq, “Son zəng”in mahiyyəti təhrif olunur, ruhuna uyğun olmayan addımlar atılır. Bu cür köynəklərin geyinilməsi, üzərinə belə şüarlar yazılması gənclərin tərbiyəsinin hansı formada və səviyyədə olduğunu göstərir. Hər zaman deyirik ki, məktəbin işi yalnız təhsil vermək deyil, həm də tərbiyə verməkdir. Məktəblərimizdə tərbiyə işini gücləndirməliyik. Məktəblərdə təlimlə yanaşı tərbiyə işi də ən yüksək səviyyədə qurulmalıdır. Valideynlərimiz də bu məsələyə həssas yanaşmalıdırlar. Hər bir şəxsin formalaşmasında bir neçə amil rol oynayır. Bu amillərdən biri də məktəb və ailələrdir. Təəssüf ki, əksər ailələrimiz bu rolu oynaya bilmir. Nəticədə isə belə halların atmasına gətirib çıxarır. Çalışmalıyıq ki, bu cür hallar kütləviləşməsin.

Məktəblərdə mütləq şəkildə şəxsiyyətin formalaşmasına, tərbiyə işinin güclənməsinə qarşı daha diqqətli, həssas olmalıyıq. Gənclər arasında davamlı təbliğat, maarifləndirmə aparmalıyıq ki, onlar düzgün yolda olsunlar, yanlış yola, yanlış istiqamətə yönəlməsinlər. Onların yanlış addımlar atmaları gələcəkdə bizə ciddi problemlər yaradacaq”, - deputat çağırış edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
25 sentyabr 2026, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
25 sentyabr 2026, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
25 sentyabr 2026, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
25 sentyabr 2026, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
25 sentyabr 2026, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
25 sentyabr 2026, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
25 sentyabr 2026, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Oxşar xəbərlər