“Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təşkil etməsi hava şəraitinin mülayim keçməsinə səbəb olur”.
Bunu report.аz-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
Onun sözlərinə görə, yanvarın birinci ongünlüyündə havanın maksimal temperaturu Aran rayonlarında 18, dağlıq rayonlarda isə 13 dərəcə isti qeydə alınıb.
G.Abbasova bildirib ki, yanvarın 11-i və 12-də istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 3-8 dərəcə isti olacağı gözlənilir".