top
Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - HƏBS OLUNDU
17 iyun 2025, 18:00
- ↺ +

Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - HƏBS OLUNDU

 

Goranboyda sərxoş halda qohumuna əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.

Qafqazinfo.аz xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun kəndlərindən birində baş verib.

Belə ki, həmin kənddə yaşayan S.Məmmədova (şərti) polisə müraciət edərək hadisə barədə məlumat verib.

Məlum olub ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 1990-cı il təvəllüdlü Tural Məmmədov (şərti) sərxoş vəziyyətdə yaşadığı evə gələrək qardaşı arvadına qarşı seksual xarakterli hərəkətlər etməyə çalışıb. Bu zaman gənc qadın evdən küçəyə çıxıb və qayınanasını çağırıb. T.Məmmədov onun arxasınca küçəyə çıxaraq qohumunun ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək əməllərinə davam edib.

Hadisə yerinə gələn polis əməkdaşları T.Məmmədovu saxlayıblar və onun barəsində inzibati protokol tərtib edərək Goranboy Rayon Məhkəməsinə göndəriblər.

Zərərçəkmiş şəxs olan S.Məmmədova evdə qayınanası və qaynı ilə birgə yaşadığını, ərinin qardaşının spirtli içki aludəçisi olduğunu, əvvəllər də dəfələrlə əxlaqsız təkliflər etdiyini bildirib.

T.Məmmədov isə heç nə xatırlamadığını bildirib və təqsiri varsa, peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə T.Məmmədov 15 sutkalıq inzibati həbs edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
25 sentyabr 2026, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
25 sentyabr 2026, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
25 sentyabr 2026, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
25 sentyabr 2026, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
25 sentyabr 2026, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
25 sentyabr 2026, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
25 sentyabr 2026, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Oxşar xəbərlər