Xəbər verdiyimiz kimi, Gəncədə “Coke Studio Xəzər” musiqi festivalı keçirilib.
Gencexeber.az-ın məlumatına görə, Azərbaycan estradasının sevimli simaları - Miro, Hiss, Cin, Nuran, Səmra Rəhimli və Nərmin Kərimbəyova Heydər Əliyev Park-Xiyaban Kompleksində, Zəfər Tağının önündə səhnə alıblar.
Gecənin ən çox danışılan ifaçılarından biri isə Azərbaycanın Avroviziya təmsilçisi Səmra Rəhimli olub. Səmra səhnəyə çıxışı zamanı həm enerjili performansı, həm də xüsusi hazırlanan səhnə şousu ilə tamaşaçıların coşqusunu ikiqat artırıb.
Onun ifası zamanı izdihamın səsi uzaqdan belə eşidilib, sosial şəbəkələrdə yayılan görüntülər isə qısa zamanda minlərlə baxış toplayıb.