Şəmkirdə yanğın hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakininə məxus yardımçı tikilidə anidən yanğın olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, yaxınlıqda olan evlərə keçməsinin qarşısı alınıb.
Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.