Gəncədə güclü yağış fəsadlar törədib. Bu haqda 19 mart tarixində Apa-ya istinadən xəbər veririk.
Şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədə sel yaranıb. Sel suları evlərə dolub. Buna səbəb bu gün yağan güclü yağışdır.
Bundan başqa, yağış suları şəhərdə avtomobillərin və piyadaların hərəkətinə çətinliklər yaradıb.
Sakinlər bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər.