top
Şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır
25 iyun 2025, 10:56
- +

Şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Ağdam, Bakı-Horadiz, Bakı-Lənkəran, Bakı-Sabirabad, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax, Mingəçevir-Balakən, Şəki-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Gencexeber.az bildirir ki, bu barədə AYNA məlumat yayıb.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 23 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Ağdam, Bakı-Horadiz, Bakı-Lənkəran, Bakı-Sabirabad istiqamətlərində 6 Lot üzrə avqustun 12-də; Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax, Mingəçevir-Balakən istiqamətlərində 6 Lot üzrə avqustun 15-də; Şəki-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə istiqamətlərində 5 Lot üzrə avqustun 19-da baxılacaq.

Şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:03

Keçən il bölgəmizdə muzeylərə neçə nəfər gedib?

Bütün xəbərlər
Bu gün, 11:00

Hərbi xidmətə çağırış başladı

Bütün xəbərlər
Bu gün, 10:26

Gəncədə 10 hektara yaxın ərazi məişət tullantılarından təmizlənib

Bütün xəbərlər
Bu gün, 09:58

Zarafat üstündə həmkəndlisini bıçaqlayaraq qətlə yetirdi

Bütün xəbərlər
Dünən, 17:19

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:32

Ata qızında keçmiş ərinin mesajlarını gördü, onu döyərək öldürdü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 15:54

Gəncədə 900 nəfər səhər idmanı etdi

Bütün xəbərlər
Dünən, 15:14

Gəncədə ilin ilk kvartalında tikinti işlərinə 12,8 milyon manat xərclənib

Bütün xəbərlər
Dünən, 14:32

"Gəncə" braziliyalı voleybolçunu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 13:55

Gəncə Memorial Kompleksinin ərazisi yenidən işıqlandırıldı

Bütün xəbərlər
Dünən, 12:41

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

Bütün xəbərlər
Dünən, 11:40

"Ford"la VAZ toqquşdu, sürücü yaralandı

Bütün xəbərlər
Dünən, 11:05

Közərmə lampalarının satışı qadağan edilir

Bütün xəbərlər
Dünən, 10:11

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Bütün xəbərlər
Dünən, 09:00

Milli Sevgililər Günüdür

Bütün xəbərlər
29 iyun 2026, 17:36

Gəncədə bu ərazinin sakinləri üfunətdən boğulur

Bütün xəbərlər
29 iyun 2026, 17:21

Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ

Bütün xəbərlər
29 iyun 2026, 16:04

Bu gün və sabah geomaqnit qasırğası olması ehtimalı var

Bizim fəxrimiz
29 iyun 2026, 15:25

Gəncənin əlcək ustaları Azərbaycan çempionatında uğur qazandılar

Bütün xəbərlər
29 iyun 2026, 14:51

Bu il 11 mindən çox adam sükan arxasında aşkarlanıb

Bütün xəbərlər
29 iyun 2026, 14:16

Gəncə bulvarında 20 gündür yaşıllıqlar quruyur – İDDİA

Bütün xəbərlər
29 iyun 2026, 12:23

Gəncədə dosent 70-ci yaşında dünyaya gözlərini yumdu

Bütün xəbərlər
29 iyun 2026, 10:58

"Qar mağarası"na giriş bağlandı

Bütün xəbərlər
29 iyun 2026, 10:43

Ordumuzda neçə qadın xidmət edir?

Oxşar xəbərlər