Samuxda yanğın qeydə alınıb.
Unikal.аz xəbər verir ki, hadisə rayonun ərazisində baş verib. Belə ki, Bakı-Böyük Kəsik dəmiryolu xəttində hərəkətdə olan teplovozda anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, teplovozun qalan hissəsi yanğından mühafizə olunub.