top
Şəmkirli Xalq artistinin doğum günüdür
08 yanvar 2025, 16:00
- ↺ +

Şəmkirli Xalq artistinin doğum günüdür

 

Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin doğum günüdür.

Gencexeber.az xatırladır ki, Azərbaycan teatrının inkişafında xüsusi xidmətləri olan Leyla Bədirbəyli 1920-ci il yanvar ayının 8-də anadan olub.

Bəzi mənbələrdə onun Bakıda, bəzilərində isə Şəmkirdə dünyaya göz açdığı qeyd olunur.

Onun anası Bikə xanım Şəmkirin Dəllər kəndində Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Aktrisa uşaq yaşlarından rəqsə böyük maraq göstərib. Onda incəsənətə olan sevgi anası Bikə xanımın Əli Bayramov klubundakı qadınlar dərnəyinin rəqs bölməsinə yazdırması ilə yaranıb. 15 yaşından Filarmoniyada solist kimi fəaliyyət göstərməyə başlayan Leyla ilk dəfə özünü kino aktrisası kimi operator Dziqa Vertovun “Lenin haqqında üç mahnı” sənədli filmində pioner qız rolunda sınayıb.

1941-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunan Leyla Bədirbəyli bununla da, Azərbaycan teatrının inkişafına töhfələr verməyə başlayıb. Onun teatrda ilk çıxışı Mirzə İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub. Bu uğurlu rolu müqabilində o, teatr səhnəsində bir çox tamaşalarda baş rollarda yer alıb.

Səhnə həyatında bir çox uğurlara imzalar atan Leyla Bədirbəylinin fəaliyyəti yüksək qiymətləndirilib: sənətkar “Azərbaycan SSR Xalq artisti”, “SSRİ Xalq artisti”, Azərbaycan SSR Dövlət Mükafatları laureatı fəxri adlarına layiq görülüb.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Leyla Bədirbəylinin milli teatr və kinodakı fəaliyyəti “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində işləyən istedadlı gənclərin inkişafı yoluna da işıq salıb. Azərbaycan incəsənətinə, mədəniyyətinə öz yaradıcılıq töhfəsini verən Leyla Bədirbəyli Azərbaycan kinosunun inkişafındakı fədakar xidmətinə görə dövlətimiz tərəfindən “İstiqlal” ordeni ilə təltif olunub.

Milli kino sənətimizin bənzərsiz simalarından biri olan Leyla Bədirbəyli 1999-cu il noyabr ayının 23-də Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər