Yazıçı Əlisa Nicatın Xalq şairi Səməd Vurğun haqqında dediyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Tarixçi müsahibəsində bildirib ki, Səməd Vurğun qədər yaltaq şair olmayıb.
Qafqazinfo.az xəbər verir ki, yazıçının S.Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.
Şair Ehtiram İlham məsələ ilə bağlı sosial şəbəkədə “Səməd Vurğun onun nəvəsi yaşındadır az qala. Yenə də əl çəkmir ondan. Bütün yazdıqları S. Vurğunun bir şeiri boyda deyil”, aktrisa Əminə Yusifqızı “Nə qədər sərsəm fikirlər...”, tanınmış telejurnalist İlhamiyyə Rza isə “Bağırova haqq qazandıran adam Səməd Vurğunu necə sevsin axı. Meyarlarını itirib” şərhlərini bildiriblər.