Gəncədə könüllü qanvermə aksiyası təşkil olunacaq. Bu haqda 17 aprel tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək. Aksiya 18 aprel tarixində saat 09:00-dan etibarən Mərkəzi Qan Bankının Gəncə Bölməsində baş tutacaq.
Qanvermə aksiyasında iştirak etmək istəyənlər günün sonuna qədər adıçəkilən tibb müəssisəsinə yaxınlaşmalıdırlar.
Qeyd edək ki, Mərkəzi Qan Bankının Gəncə Bölməsi Sabir Hacıyev küçəsi, 2-də yerləşir. Ətraflı məlumat üçün (022) 256-09-26 və (022) 256-42-25 nömrələri ilə əlaqə saxlamalısınız.