top
Şəhid oğlunun ev şikayəti ilə bağlı - Gəncə şəhər İH-dən açıqlama
13 yanvar 2025, 20:19
- ↺ +

Şəhid oğlunun ev şikayəti ilə bağlı - Gəncə şəhər İH-dən açıqlama

 

44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə atdığı raket hücumu nəticəsində şəhid olan Anar və Nurçin Əlizadələrin oğlu Hüseyn Əlizadənin sosial şəbəkədə müraciəti yayılıb.

Qafqazinfo.аz xəbər verir ki, o, videoda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhərin baş memarı Elvin Həsənzadə ilə bağlı ittihamlar səsləndirib.

H.Əlizadə bildirib ki, Gəncədəki şəhid ailələri yeni inşa olunmuş binada mənzillə təmin olunub, lakin onlara köhnə binadan mənzil verilib. Əlavə olaraq həmin mənzilin ailəyə kirayə sənədi ilə təqdim olunduğunu qeyd edib.

Onun sözlərinə görə, bacısı evləndikdən sonra 1 otaqlı evlə təmin olunmaq üçün müvafiq qaydada müraciət etsə də, bu da cavabsız qalıb.

Şəhid övladı onu da deyib ki, bacısının həyat yoldaşının özünə məxsus torpaqda inşa etdiyi tikili baş memar Elvin Həsənzadənin göstərişi ilə dağıdılıb.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən qafqazinfo.аz-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 11 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinə edilən növbəti raket zərbəsi nəticəsində Əliyev Hüseyn Anar oğlunun ata nənəsi Əliyeva Zenfira Məmməd qızına məxsus Ə.Rəfibəyli küçəsi, 4-cü dalan, 3 №-li binada yerləşən iki otaqlı, ümumi sahəsi 111,4 kv.metr olan mənzil dağılmış və ona Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən yeni inşa edilmiş binadan iki mənzil (bir otaqlı, ümumi sahəsi 34,97 kv.m və üç otaqlı, ümumi sahəsi 74,57 kv.m) verilib:

“Sözügedən bacı və qardaşın, o cümlədən onların ana valideynlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, 2021-ci ildə şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, müstəsna hal kimi, Şahlar Hüseynov küçəsi, 13A ünvanında yerləşən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 69,59 kv.m təşkil edən iki otaqlı mənzil istifadə hüququ ilə Hüseyn Əliyevin qəyyumu, dayısı Əliyev Nurlan Emin oğluna verilib”.

Əlavə edilib ki, H.Əliyevin bacısı Əliyeva Sevil Anar qızına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ilin yanvar ayından 2021-ci ilin oktyabr ayınadək (MİDA yaşayış kompleksindən mənzillərlə təmin olunanadək) hər ay 250 manat olmaqla, ümumilikdə 2250 manat kirayə haqqı ödənilib.

Qeyd olunanlarla yanaşı, bayram günlərində, eyni zamanda uşaqların müraciətləri əsasında, həmçinin Əliyeva Sevil Anar qızının 2024-cü ildə keçirilmiş toy mərasimi də daxil olmaqla, onlara əlavə 3200 manat maddi yardım göstərilib:

“Bildirmək istəyirik ki, Əliyev Hüseyn Anar oğlunun bacısının əri Şərifov Talış Rəşad oğlu, şəhərin Atatürk prospektində, inşası davam etdirilən Gəncə Şəhər Stadionunun yaxınlığında, bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə, orada qanunsuz tikinti işləri aparmağa cəhd etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin həyata keçirdikləri növbəti monitorinq zamanı bu hal aşkarlanmış və tikintinin qarşısı alınmışdır. Şərifov Talış Rəşad oğluna sözügedən niyyəti ilə bağlı qanunvericiliyin tələbləri, həmçinin riayət edilmədiyi təqdirdə, məsuliyyət tədbirləri barədə izahat verilib.

Qeyd edək ki, Şərifov Talış Rəşad oğlu və onun ailə üzvləri, müraciət müəllifinin sosial statusundan istifadə etməklə, dövlət orqanının, onun vəzifəli şəxslərinin ünvanına böhtan, şər və həqiqətdən uzaq fikirlər səsləndirməsinə nail olmaqla, öz qanunsuz əməlinə bəraət qazandırmağa çalışıblar”.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər