Azərbaycan Kooperasiya Universitetinin keçmiş rektoru Mahmud Quluzadə vəfat edib.
Teleqraf.аz xəbər verir ki, əslən Tovuz rayonundan olan M.Quluzadə 86 yaşında dünyasını dəyişib.
Ölümünə qədər Azərbaycan İqtisadiyyat Universitetinin dosenti olan mərhum 1990-cı illərdə Azərbaycan Kooperasiya Universitetinin rektoru işləyib.
Qeyd edək ki, Mahmud Məmməd oğlu Quluzadə 22 dekabr 1938-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olub. 1967-ci ildə ADU-nun "İqtisadiyyat" fakültəsini bitirib. O, deputat Aydın Hüseynovun qayınatasıdır.