İyulun 15-də gözlənilən hava proqnozu açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.