İyunun 21-i gündüzdən 24-dək bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bununla bağlı sarı xəbərdarlıq verilib.
Ağstafa, Qazax, Gəncə, Samux, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy və Daşkəsəndə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.