Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşıb. Bu haqda 18 dekabr tarixində futbol klubuna istinadən məlumat veririk.
Oyun Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində təşkil olunub. “Kəpəz” PFK “Sabah” ilə üz-üzə gəlib. Matç Tovuz şəhər stadionunda keçirilib.
Qarşılaşma təmsilçimizin 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Oyun zamanı “Kəpəz”in hər üç qolu Adama Niane tərəfindən vurulub.