Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilən məlumata görə, iyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gəncə, Göygöl, Şəmkir, Samux, Daşkəsən, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Yevlax və Mingəçevirdə fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.