Gəncədə yanğın baş verib. Bu haqda 3 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə gecə saatlarında şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb. Burada yerləşən dönərxana anidən alışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
[modula id="57383"]