Gəncədə polis əməkdaşları əməliyyat keçiriblər. Bu haqda 11 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Baş Polis İdarəsinin əməkdaşları tərəfindən 22 nəfər saxlanılıb. Onlar avara və dilənçiliklə məşğul olan şəxslərdir.
Saxlanılanlarla profilaktiki söhbətlər aparılaraq barələrində qanunamüvafiq tədbir görülub. Daha sonra onlar qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.