Gəncədə yanğın baş verib. Bu haqda 26 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Hadisə Şəhər Stadionunda qeydə alınıb. Tikinti aparılan ərazidə ümumi sahəsi 20 kvadratmetr olan konteyner alışıb. Nəticədə taxtadan ibarət üzlük və içərisində olan əşyalar yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Alov söndürülüb. Yaxınlıqda olan digər konteyner yanğından mühafizə olunub.