Gəncə sakinləri saxlanılıblar. Bu haqda 15 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Söhbət şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayevdən gedir. Adıçəkilən şəxslər A. Abdürrəhmanova məxsus “Toyota-Prius” markalı avtomobili qaçırmaqda şübhəli bilinirlər.
Nəqliyyat vasitəsini qaçıran şəxslər Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, aidiyyəti üzrə istintaqa təhvil veriliblər.
Məlum olub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslər A.Abdürrəhmanova məxsus avtomobilə müştəri qismində əyləşiblər. Daha sonra sürücünü döyüb, nəqliyyat vasitəsini əlindən alaraq qaçırıblar.