Gəncə sakininə yeni vəzifə həvalə olunub. Bu haqda Gencexeber.az-a 14 dekabr tarixində məlumat daxil olub.
Söhbət Natiq Xəlilovdan gedir. O, Elm və Təhsil Nazirliyində "Təlim və İnkişaf üzrə mütəxəssis" vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Natiq Xəlilov “İZ” Gənclər Təşkilatının, şəhərimizdə fəaliyyət göstərən bir çox sosial layihənin rəhbəri olub. Hal-hazırda Bakı Biznes Universitetində "Karyera planlaması" fənnini tədris edir.