Gəncə şəhər sakini narkotik üstündə tutulub. Bu haqda 19 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tədbirlər həyata keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxs şəhər sakini Arif Məlikovdur.
Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.