Gəncə şəhərində zəhərlənmə faktı qeydə alınıb. Bu haqda 14 mart tarixində Report-a istinadən xəbər veririk.
25 yaşlı şəhər sakini R.Musayeva zəhərlənib. Həmin şəxs xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlum olub ki, şəhər sakini yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.