Gəncədə yanğın baş verib. Bu haqda 4 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Hadisə şəhərin Məmmədrza Şeyxzamanov küçəsində qeydə alınıb. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət olunub. Əraziyə qurumun yanğından mühafizə bölmələri cəlb ediliblər.
Əməliyyat zamanı hadisənin 10 kvadratmetr sahəsi olan qarajlardan birində baş verdiyi məlum olub. Yanğın nəticəsində tikilinin içərisinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb.
Alov söndürülüb. Yanğının yaxınlıqdakı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin binasına və digər qarajlara keçməsinin qarşısı alınıb.