Gəncə təmsilçisinin növbəti oyununun hakimləri bəlli olub. Bu haqda 12 aprel tarixində PFL-ə istinadən məlumat veririk.
Azərbaycan Premyer Liqasında XXX turun hakim təyinatları açıqlanıb. "Səbail" və “Kəpəz” arasında görüşə nəzarət edəcək hakimlərin siyahısı aşağıdakı kimidir:
- Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov;
- Hakim-inspektor: Vüsal Əliyev;
- AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Xatırladaq ki, matç “ASCO Arena”da təşkil olunacaq.