Rusiyanın nümayəndə heyətinin ilk qrupu III MDB Oyunlarında iştirak üçün artıq Azərbaycana gəlib.
Gencexeber.az yarışın Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, bu gün Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər. Onlar stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar.
Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.