Rusiyaya işləmək üçün gedən Gəncə şəhər sakini Elyar Məmmədov Moskva şəhərində öldürülüb.
Gencexeber.az-ın məlumatına əsasən, E.Məmmədovun döyülərək öldürüldüyü ehtimal olunur.
Onun nəşi hələ də Moskva şəhərindədir.
Qeyd edək ki, mərhum dörd uşaq atasıdır.