Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqiqəti əks etdirmir.
Gencexeber.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
“Rus bölməsi üzrə plan yerlərinin siyahısı ayrıca olaraq rus dilində “Abituriyent 4” jurnalında nəşr olunub”, - məlumatda bildirilib.
Qeyd edək ki, bəzi media orqanlarında bir sıra universitetə rus dilində qəbulun dayandırılması ilə bağlı məlumatlar yayılıb.