top
Restoran sahibi həbs edildi
23 sentyabr 2025, 12:03
- ↺ +

Restoran sahibi həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində yerləşən "Pirzola" restoranının sahibi həbs edilib.

Qafqazinfo.аz xəbər verir ki, sentyabrın 1-də restoranın yerləşdiyi əraziyə baxış keçirilib.

Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları obyekt sahibi 42 yaşlı Azər Əliyevə inşa etdirdiyi tikilinin magistral yolun ətrafının görünüşünü pozmasını izah ediblər. Onun restorandan xeyli aralıda – magistral yolun kənarında tikdirdiyi köşkün qanunsuz olduğu bildirilərək akt tərtib edilib.

Aparılmış profilaktiki söhbətlərə baxmayaraq, restoran sahibi qardaşının vəkil olduğunu, köşk ətrafında tikinti işlərini dayandırmayacağını, icazə sənədlərinin olmasını və ona heç kimin təsir edə bilmədiyini bildirib.

Bundan 3 həftə sonra icra hakimiyyəti əməkdaşları yenidən həmin yerə gəldikdə qanunsuz köşkün orada olduğunu görüblər və Azərə onun qanunsuz yerləşdirilməsini izah edərək köşkü götürməsini tələb ediblər. Lakin sahibkar yenidən tələbə məhəl qoymayaraq köşkü götürməyəcəyini bildirib. O, səs-küy salaraq müqavimət göstərib.

Polis tərəfindən saxlanılan iş adamı barəsində inzibati protokol tərtib edilib və Goranboy Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə Azər Əliyev Goranboy rayon Nizami kəndi ərazisində "Pirzola" adlı restoran işlətdiyini, həmin obyektin magistral yoldan təxminən 20-30 metr kənarda yerləşdiyini deyib: "Orada restoran olduğunu yoldan keçənlərə göstərmək, yəni reklam etmək niyyəti ilə magistral yolun kənarına köşk qoymuşam. Həmin köşkün ora qoyulması ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən heç bir rəsmi sənədim yoxdur. Mənə köşkü götürməklə bağlı xəbərdarlıq edilmişdi, lakin onu götürmək istəmədiyimi bildirmişdim. Xəbərdarlıqlara əhəmiyyət verməyərək tikinti işlərini davam etdirmişəm".

Məhkəmənin qərarı ilə sahibkara 8 sutkalıq inzibati həbs verilib.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Oxşar xəbərlər