Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.
Gencexeber.az-ın məlumatına əsasən, rayonun Şıxlı kəndi ərazisində yerləşən su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Qurban Mikayılov iş başında vəfat edib.
İlkin məlumata görə, o, infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.