top
Regional Kollecə yeni direktor təyin edilib
16 yanvar 2025, 11:50
- ↺ +

Regional Kollecə yeni direktor təyin edilib

 

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub.

Gencexeber.az bildirir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmri ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xudiyeva Xoşqədəm Vidadi qızı tədris işləri üzrə, Quliyev Aslan Ələddin oğlu isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, X.Xudiyevaya həm də kollecin direktoru vəzifəsi həvalə edilib.

Xoşqədəm Quliyeva Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2022-2024-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramını müvəffəqiyyətlə başa vurub. O, 2010-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub və Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəaliyyət göstərib.

Aslan Quliyev ümumi təhsilinə Gəncə şəhər 18 saylı tam orta məktəbdə başlayıb, daha sonra isə Gəncə Özəl Türk liseyini fərqlənmə attestatı ilə bitirib. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda ADPU-nun Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. 2017-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində yerləşən məktəb və liseylərdə pedaqoji fəaliyyətlə məşğul olub. 2021-2023-cü illərdə Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator, daha sonra icraçı direktor, 2023-cü ildə Avropa Azərbaycan Məktəbində tədris üzrə müdir müavini kimi çalışıb.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər